Arxivi ‘Avqust, 2010’

Azəri Günel uzun saçlarını yandırdı

Azəri Günel uzun saçlarını yandırdı

“Hirsli vaxtlarımda özümü salonda tapıram”
Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova (Azəri Günel) Türkiyənin “Arım, balım, pətəyim” televiziya proqramına qonaq olub. Lent.az-ın məlumatına görə, səhnəyə çıxdığı gündən uzun saçları ilə bəyənilən gənc müğənni birdən-birə qısa saçda tamaşaçı qarşısına çıxıb. Müğənni bu dəyişikliyin məcburiyyət qarşısında baş verdiyini və nəzərə gəldiyini deyib: “Saçlarımın rəngini hamı bəyənirdi, [...]

Qadınlar, toyuq əti yeyin!

Qadınlar, toyuq əti yeyin!

Toyuq əti infarkt riskini azaldı
Toyuq ətindən istifadə qadınlarda infarkt riskini azaldır. Bu nəticəyə Harvardın universitetinin Xalq Sağlamlığı Fakültəsinin alimləri 26 il apardıqları tədqiqatlardan sonra gəliblər.
Araşdırmaya yaşları 30-55 arası olan, hər hansı ürək xəstəliyi, xərçəng və şəkərli diabetdən əziyyət çəkməyən 84 min qadın qatılıb. Nəticədə bəlli olub ki, gündə iki dəfə qırmızı ətdən istifadə edən qadınlarda [...]

Qəbələyə istirahətə gedən ər-arvad dağdan yıxılaraq öldü

Qəbələyə istirahətə gedən ər-arvad dağdan yıxılaraq öldü

Hadisə Qəbələdə baş verib
Qəbələ rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun Durca kəndinin ərazisində baş verib.
Orada istirahətdə olan, Bakı şəhər sakinləri, Emin Əliyev və həyat yoldaşı Şəhla Əliyeva dağdan yıxılaraq ölüblər. Faktla bağlı araşdırmalar aparılır.

Məşhur müğənnimiz erməni qızı Siruşo ilə duet oxuyub

Məşhur müğənnimiz erməni qızı Siruşo ilə duet oxuyub

Zamiq: “Düşünəndə ki, adım erməni qızı ilə bir yerdə hallanır, dəhşətə gəlirəm”
Ermənistanın “Avroviziya-2008″ mahnı müsabiqəsindəki təmsilçisi Siruşo Azərbaycan müğənnisi Zamiq Hüseynovla duet yazdırıb. Bu barədə Zamiq ANS PRESS-ə açıqlamasında məlumat verib. Belə ki, erməni ifaçısı Zamiqin “Uçduq” mahnısını ifa etməklə yanaşı, onun səsini saxlamaqla “duet” yazdırıb.
“Mən özüm bundan çox gec xəbər tutdum. Erməni qızı ilə [...]

Ermənistan müstəqil dövlət olmadığını sübut etdi

Ermənistan müstəqil dövlət olmadığını sübut etdi

Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi Eldar Sabiroğlu Seyran Ohanyanın bəyanatına cavab verib
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın bəyanatına cavab verib. Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu bildirib ki, Ohanyanın bəyanatı bir daha Ermənistanın müstəqil dövlət olmadığını və öz gücünə arxalanmadığını sübut edir.
“Ermənistan artıq qeyri-müstəqil dövlətdir. Bunu belə adlandırmaq üçün böyük əsaslar var. Seyran [...]

Hava elektrik cərəyanı mənbəyinə çevrilə bilər

Hava elektrik cərəyanı mənbəyinə çevrilə bilər

Alimlərə görə, rütubətli hava şəraiti elektrik cərəyanı, və demək elektrik enerjisi mənbəyinə çevrilə bilər
Bu effekt, yağmurlu hava şəraitində, atmosferi elektrik enerjisi mənbəyinə çevirə bilər.

Lakin alimlər bu effektin geniş istifadə üçün tələb edilən səviyyə çatdırılmasının mümkünlüyü barədə hələlik yekun bir fikrə gəlməyiblər.
Braziliyanın Kampinas Universitetindən Dr Galembeck qeyd edir ki, apardığı tədqiqatlar rütubətlik şəraitində yerləşdirilmiş metal parçalarında [...]

Braziliyada nadir təbiət fenomeni – od qasırğası

Braziliyada nadir təbiət fenomeni – od qasırğası

Braziliyada Arakatuba bələdiyyə dairəsinin sakinləri təbiətdə nadir hal sayılan od qasırğasının şahidi olublar. Bu nadir hadisə alovun güclü, quru hava axını nəticəsində vertikal dairə vurma halına gətirilməsindən yaranır. “Alovlu şeytan” kimi çağırılan bu fenomen 15 metrlik ağacları kökündən qoparmağa qadirdir.

Adətən onların hündürlüyü 10-50 metr olur və bir neçə dəqiqə davam edirlər.
Lakin ən iriləri 1 kilometr [...]

Çelyabinskdə skinhedlər festivala hücum edib

Çelyabinskdə skinhedlər festivala hücum edib

Rusiyanın Çelyabinsk regionunda 100-dən artıq skinhed – keçəlbaş irqçilər – musiqi festivalına hücum edib.10-dan artıq adamın yaralandığı bildirilir.
Məlumatlara görə, skinhedlər 3000 adamın iştirak etdiyi tədbirə dəyənək və çubuqlarla hücum edib.
Rusiyanın Itar-Tass agentliyi xəbər verir ki, polis 15 adamı həbs edib. Hücumun motivi barədə hələləlik məlumat yoxdur.
Polis deyib ki, saxlanılanlar sorğu-sual edilir və polis onların cinayət [...]

Saakaşvili – hər bir millətin nümayəndəsi prezident ola bilər

Saakaşvili – hər bir millətin nümayəndəsi prezident ola bilər

Mixail Saakaşvili etnik azlıqlardan olan gənclərin nümayəndələri ilə görüşündə deyib ki, Gürcüstanda hər bir etnik qrupun nümayəndəsi prezident ola bilər.
Gürcüstan lideri nümunə kimi məhsul vəzifədə olan təhsil və elm naziri Dmitri Şaşkinin adını çəkib. Digər misal olaraq o, azərbaycanlı Qurbanov soyadını dilə gətirib.
“Hazırda Gürcüstanda vəziyyət elədir ki, prezident Şaşkin ola bilər. Qurbanov da ola bilər. [...]

Binəqədililər qəbristanlığın köçürülməsindən narazıdır

Binəqədililər qəbristanlığın köçürülməsindən narazıdır

Binəqədi rayonunun 50-yə yaxın sakini evlərinin sökülməsinə etiraz olaraq Prezident Administrasiyasına gəlib və evlərinin sökülməsindən şikayətləniblər.
Prezident Administrasiyasının qəbul otağının qarşısında polis dəstələri onları saxlayaraq avtobuslara əyləşdirib və Binəqədi rayon İcra Hakimiyyətinə yola salıblar.
Vətəndaşların narazılığına səbəb onların yaşadıqları ərazidə evlərinin sökülməsi və Binəqədi qəbristanlığının köçürülməsi olub.
Belə ki, həmin ərazidə Bakı metropoliteni üçün depo tikilir və [...]