Bakı Moskvadan nə gözləyir?

31 Müəllif azeri - Sen 1st, 2010 Kateqoriya MANŞET, YAZARLAR VƏ MÜHASİBƏ.

Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Qriqoriy Karasin və Xələv Xələfov telefon danışığı zamanı Rusiya prezidentinin Bakıya səfərinin gündəliyini müzakirə ediblər.

Rusiya xarici işlər nazirliyinin rəsmi saytına əsasən prezidentin səfəri sentyabrın 2-3-ü baş tutacaq. Bu arada isə Bakıdakı bəzi müşahidəçilər bu səfərin müəyyən dərəcədə bir qədər öncə imzalanmış rus-erməni hərbi sazişinin kölgəsində qala biləcəyini güman edir. Bu sazişdən məmnun qalmayan Bakının indi Moskvadan siyasi jest ğözlədiyi də deyilir.

Bakıda Dmitriy Medvedevin qarşıdan gələn səfərinə münasibət birmənalı deyil və buna əsas səbəb bir qədər öncə onun Yerevanda imzaladığı hərbi-siyasi müqavilədir. Azərbaycandakı partiyalardan biri isə hətta Medvedevi “arzuolunmaz şəxs” elan etməyə çağırıb.

Erməni rəsmilərinin müharibə təqdirində Rusiyanın Ermənistanı müdafiə edəcəyi haqda bəyanatları isə Bakının narazılığına əlavə stimul verir.Bəziləri hesab edir ki, bununla Moskva əslində onsuz da pozulmuş regional qüvvələr balansını daha da pozmuş oldu.

Bunları nəzərə alaraq bəziləri Moskvanın Bakının “könlünü almağa” cəhd edəcəyini gözləyir. Siyasi təhlilçi Rasim Musabəyov hesab edir ki, əslində indi Yerevanın hərbi-siyasi sazişlə bağlı dedikləri bir o qədər də vacib deyil.

“Əsas Rusiyanın nə dediyidir. İstisna deyil ki, Rusiya bizə S-330 kompleksini təklif etsin”.

Azərbaycanın S-300 kompleksini Rusiyadan alması haqda xəbərlər artıq bir müddətir ki, mətbuatda səslənir. Amma rəsmilər bu günə kimi bu xəbəri nə təsdiq, nə də təkzib ediblər. Bəzi şərhçilər bu hərbi kompleksi satmaqla Rusiyanın Azərbaycanın narazılığını yumşaltmaq məqsədi güddüyünü güman edir.

Rasim Musabəyov hesab edir ki, əgər Rusiya Qarabağ vasitəçisi qismində ermənilərə siyasi himayədarlığını davam etsə onda Azərbaycan S-300-dən imtina edə bilər.

Öz növbəsində politoloq Qabil Hüseynli deyir ki, Rusiya Azərbaycanı özündən uzağa salmamaq üçün Bakıya silahda sata, strateji əməkdaşlıq müqaviləsi də tətəklif edə bilər. “Amma bunların heç bir faydası olmayacaq”.

Bu arada isə diplomatik mənbələrə istinad edən yerli mətbuat Medvedevin səfəri zamanı bir sıra iri həcmli sərmayə layihələrinin imzalanacağını xəbər verir. Bunu nəzərə alan bəzi nəşrlər kinayə ilə “Medvedev ermənilərə top-tüfəng, Azərbayana isə pul təklif edir” deyərək bu səfərin Azərbaycan tərəfini məyus edə biləcəyini ehtimal edir.
BBC

  • Facebook
Bu xəbər 1 dəfə oxundu

Rəy Göndər