İran Fransa Prezidentinin xanımını fahişə adlandırıb

31 Müəllif azeri - Sen 1st, 2010 Kateqoriya CƏMİYYƏT, MANŞET.

Fransanın Birinci xanımı Karla Bruni daşqalaq edilməklə edama məhkum olunan iranlı qadını müdafiə etdikdən sonra İran onu “fahişə” adlandırıb.

Fransa prezidentinin həyat yoldaşı iki uşaq anası, 43-yaşlı Sakineh Mohammadi Ashtianinin müdafiəsi kampaniyasına qoşulub.

İranlı qadın ərinə xəyanət etməkdə və onun qətlində iştrak etməkdə ittiham olunur.

Bu məsələylə bağlı Fransa Avropa İttifaqını İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

Parisdən BBC müxbiri Christian Fraserin göndərdiyi reportajda deyilir ki, ötən həftəsonu Fransanın bir sıra şəhərlərində Sakineh Mohammadi Ashtianinin müdafiəsinə həmrəylik yürüşləri təşkil olunub.

Etiraz kampaniyasına həm Fransa prezidenti, həm də onun xanımının dəstək vermələrilə nümayişlər daha da vüsət alıb.

Carla Bruni 2 uşaq anası olan İran qadınına açıq məktub yazıb.

“Nəyə görə qan tökülməli, siz həyatdan, uşaqlarınız isə analarından məhrum edilməlidir?” – Carla Bruni yazır.

“Siz həyatınızı yaşadığınıza görə? Sevdiyinizə görə? Qadın, iranlı olduğunuza görə? Mənim bütün daxilim, qəlbim bununla razılaşa bilmir”.

Bu məktuba cavab səciyyəsi daşıyan məqalə İranın Keyhan qəzetində dərc olunub.

Həmin məqalənin başlığı belədir: ” Fransa fahişələri hüquq müdafiəçilərin etiraz kampaniyasına qoşulur”. Məqalə Fransanın 1-ci xanımını riyakarlıqda ittiham edir.

Məqalədə, Carla Bruninin yüngül həyat tərzinə aludəçi olduğu və bir sıra tanınmış şəxslər və ulduzlarla macəralar yaşadığına diqqət çəkilir.

Keyhan qəzetindəki məqalədə Sakineh Mohammadinin məsələsiylə bağlı Carla Bruninin səsinə səs vermiş rəfiqəsi, aktrisa Isabelle Adjaninin də adı çəkilir.

Keyhan qəzeti dövlət mətbu orqanıdır və ölkənin mühafizəkar İslam rejiminin mövgeyini əks etdirir.

Qəzetin mövgeyini Dövlət teıeviziyası da dəstəkləyib. İran televiziyası deyib ki, xanım Bruni öz “əxlaqsızlığına” bəraət qazandırmağa çalışır.

Yelisey Sarayı isə hələlik İran mətbuatında səslənmiş təhqirlərə rəsmi reaksiya bildirməyib.

  • Facebook
Bu xəbər 1 dəfə oxundu

Rəy Göndər