Kompüter istifadəçilərinə yarım milyard dollarlıq vacib xəbər

20 Müəllif azerbaycan - Sen 3rd, 2010 Kateqoriya Dünya.

“Microsoft” “Windows Phone 7” üzərində işləri başa vurub

“Microsoft” korporasiyası “Windows Phone 7’ mobil əməliyyat sistemi üzərində işləri başa vurduğunu elan edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əməliyyat sisteminin artıq “Release to manufacturing”, yəni “istehsal üçün hazır” mərhələsində olması platformanın yaradılması üzrə daxili komanda tərəfindən işlərin sona çatması deməkdir.

Hazırda “Microsoft” “Windows Phone 7” ilə təchiz olunmuş ilk qurğuların bazara çıxarılmasına dair istehsalçı və rabitə operatorları ilə fəal danışıqlar aparır. Yeni platforma bir sıra smartfon istehsalçıları tərəfindən dəstəklənir. Onların arasında HTC, LG və “Samsung” şirkətlərini qeyd etmək olar.
Yeni platformanın reklamına yarım milyard dollara yaxın vəsait xərclənib.

Əməliyyat sisteminin yoxlanılmasına rekord göstəricidə vaxt sərf olunub. Söhbət 3,5 milyon saat stress-testdən gedir. Cəmi test prosesində 10 minə yaxın qurğu istifadə olunub. Bundan əlavə, “Windows Phone 7”ni minlərlə müstəqil tərtibatçılar sınaqdan keçirib. Yeni əməliyyat sistemi ilə idarə olunan ilk kommunikatorların satışına ABŞ və Avropada yeni il bayramı ərəfəsində başlanacaq.

  • Facebook
Bu xəbər 1 dəfə oxundu

Rəy Göndər