Türkiyənin BMT Təhlükəsizlik Şurasına sədrliyi başlanır

31 Müəllif azeri - Sen 2nd, 2010 Kateqoriya Dünya, MANŞET.

Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Təhlikəsizlik Şurasına sədrliyinə start verilib. Ölkə mətbuatı bu hadisəni “Türkiyə üçün böyük gün” kimi başlıqlarla ictimaiyyətə çatdırır. Türkiyənin sədrliyi dövründə xüsusi ilə bu ay BMT çərçivəsində mühüm tədbirlərin keçirilməsi planlaşdırılır.

Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrliyi dövründə sentyabr ayında BMT Baş Məclisinin 65-ci sessiyası keçiriləcək.

Sessiyada BMT-yə üzv olan 192 ölkənin dövlət və hökümət başçıları, həmçinin yüksək rütbəli nümayəndələrinin iştirakı planlaşdırılır.

Türkiyə həmçinin 2 mötəbər toplantıya da sədrlik edəcək.

Bunlardan biri, sentyabrın 23-də BMT-nin sülhün qorunmasındakı rolunun artırılması yollarının müzakirə ediləcəyi toplantıdır.

Bu toplantıya BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edəcək Türkiyə prezidenti Abdulla Gülün sədrlik etməsi gözlənilir.

Sentyabrın 27-də isə Nyu-Yorkda Türkiyənin sədrliyi ilə daha bir mühüm tədbir keçiriləcək.

Bu toplantı terrorla mübarizə məsələlərinə həsr ediləcək.

Foruma Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu sədrlik edəcək.

BMT Təhlükəsizlik Şurasının sentyabr ayı üçün nəzərdə tutulan gündəliyinin layihəsinin müzakirə edildikdən sonra təsdiqlənməsi gözlənilir.

Layihədəki məsələlər arasında Yaxın Şərq məsələsi, o cümlədən Qəzza bölgəsinə humanitar yardım apararkən, İsrail qüvvələrinin hücumuna məruz qalan “Mavi Mərmərə” gəmisi ilə bağlı məsələ var.

Layihədə həmçinin, İran və Sudana qarşı sanksiyalarla bağlı son hesabatlar, BMT-nin Əfqanıstan, Nepal, Haiti, Livandakı missiyalarının fəaliyyəti və digər məsələlər də var.

Türkiyənin Təhlükəsizlik Şurasına iki illik müvəqqəti üzvlük dövrü isə 1 yanvar 2011-ci ildə başa çatır.

BBC

  • Facebook
Bu xəbər 1 dəfə oxundu

Rəy Göndər