Arxivi ‘İyun, 2011’

“Saxla” əmrinə tabe olmayan “Mercedes” polis maşınını əzdi

“Saxla” əmrinə tabe olmayan “Mercedes” polis maşınını əzdi

Yol patrul xidmətinin əməkdaşları xoşagəlməz halla üzləşib
İyunun 29-da Bakı şəhəri Binəqədi rayonunda Yol Patrul Xidmətinin əməkdaşları xoşagəlməz vəziyyətlə üzləşiblər.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyimiz məlumata görə, yol polisi əməkdaşları yol hərəkət qaydalarını kobud şəkildə pozan paytaxt sakini Vilayət Nağıyevin idarə etdiyi “Mercedes”i saxlamaq istəyiblər. Lakin sürücü polisin qanuni tələbinə məhəl qoymayıb və ötərək keçmək [...]

VAQİF CAVADOV RUSİYA KLUBU İLƏ MÜQAVİLƏ BAĞLADI

VAQİF CAVADOV RUSİYA KLUBU İLƏ MÜQAVİLƏ BAĞLADI

Hollandiya klubunun dünən müqaviləni pozduğu millimizin üzvü Rusiya klubu ilə anlaşıb.
Belə ki, Vaqif Rusiyanın I divizionunda çıxış edən “Nijni Novqorod” klubunda çıxış edəcək. Az öncə futbolçumuz ruslarla müqavilə bağlayıb.
Qeyd edək ki, Vaqif Rusiyanın ÇSKA (Moskva) klubunun yetirməsidi. 2004-2007-ci illərdə aşağı yaş qrupları üzrə komandalarında və əvəzedici heyətində çıxış edən 22 yaşlı forvard 2006-2007 mövsümündə əsas [...]

HƏRBİ PROKURORLUQDA HƏBS

HƏRBİ PROKURORLUQDA HƏBS

Azərbaycanda daha iki hərbi komissarlıqda yoxlamalara başlanıb.Respublika Hərbi Prokurorluğu Gəncə şəhəri Kəpəz və Nizami rayonlarının Hərbi Komissarlıqlarında yoxlamalar aparır.
Yoxlamalar zamanı hər iki komissarlıqda korrupsiya faktları aşkar edilib.
Nizami Rayon Hərbi Komissarlığından yoxlamaların aparılması faktını təsdiqləyiblər. Bildirilib ki, aparılan yoxlamalar zamanı komissarlıqda aşkar edilmiş korrupsiya faktı ilə əlaqədar bir nəfər həbs edilib. Tutulan şəxs komissarlığın 2-ci şöbəsinin [...]

AĞSTAFADA DAĞ YANIB

AĞSTAFADA DAĞ YANIB

Fövqəladə Hallar Nazirliyinin saytında yaydığı məlumata görə, hadisə Ağstafa rayonu, Böyük Kəsik kəndində dağlıq ərazidə qeydə alınıb. Baş vermiş yanğın nəticəsində 10 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı tam alınıb.

İyulda hava normadan artıq isti olacaq

İyulda hava normadan artıq isti olacaq

İyulda havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı, yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacaq. Birinci ongünlükdə tez-tez şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28° [...]

ABŞ-da nüvə laboratoriyası təhlükə ilə üz-üzə qalıb

ABŞ-da nüvə laboratoriyası təhlükə ilə üz-üzə qalıb

Amerika Birləşmiş Ştatlarında meşə yanğınları tüğyan edir. Nyu Meksiko ştatında Los Alamos şəhəri yaxınlığında çətin vəziyyət yaranıb. Burada dünyada ilk nüvə silahının yaradıldığı “Los Alamos Milli Laboratoriyası” yerləşir. Yanğın ABŞ-ın energetika nazirliyinə aid olan bu laboratoriya üçün təhlükə törədir. Laboratoriyada heç bir toksik maddə sızmasının baş vermədiyi və radiasiya səviyyəsinin normada olduğu bildirilir. Ərazidə havanın [...]

Yunanıstan paytaxtı döyüş meydanını xatırladır

Yunanıstan paytaxtı döyüş meydanını xatırladır

Yunanıstanın paytaxtı Afinada ötən gecə baş verən toqquşmalardan sonra bu səhər şəhər səliqə-səhmana salınır. Afina sakinləri dağıntı və tullantıları təmizləmək üçün əlbir olub.
Qeyd edək ki, ötən gün Yunanıstan parlamenti 28 milyard avroluq qənaət proqramını təsdiqlədikdən sonra minlərlə yunan küçələrə çıxıb. Hökumətin sərt iqtisadi islahatlarına qarşı çıxanlarla polis arasında toqquşma baş verib. Polis əməkdaşları onlara daş [...]

Sabahdan pensiyalar artacaq

Sabahdan pensiyalar artacaq

Ötən il yanvarın 1-dək pensiyaya çıxan şəxslərin pensiya məbləğini orta hesabla 40 faiz artırmağı nəzərdə tutan “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər sabahdan qüvvəyə minəcək. Aldığımız məlumata görə, dəyişikliklərə əsasən 2006-cı il yanvarın 1-dək pensiya təyin olunmuş şəxslərin pensiyaları iş stajına uyğun olaraq hesablanacaq. Artım təxminən 1 milyona yaxın pensiyaçını əhatə edəcək və orta hesabla 40 [...]

Dönərin hazırlanmasında ən son hiylə məlum olub

Dönərin hazırlanmasında ən son hiylə məlum olub

Türkiyədə toyuq dönərinin maya dəyərini aşağı salmaq məqsədilə qidanın içinə dəri, içalat kimi məhsullarla yanaşı, inəyin əmcəyinin də qatıldığı məlum olub. Dönərin vətəni sayılan Türkiyədə Restorançılar Federasiyasının nümayəndəsi Şefik Aslan Anadolu xəbər agentliyinə müsahibəsində bildirib ki, bəzi işbazlar qazanclarını artırmaq məqsədilə müxtəlif hiylələrə əl atır. Onun sözlərinə görə, içalatdan tutmuş bağırsağa qədər, toyuq dərisindən büzdümünə [...]

Bakının mərkəzində baba nəvəsinin gözü qarşısında güllələndi (Yenilənib)

Bakının mərkəzində baba nəvəsinin gözü qarşısında güllələndi (Yenilənib)

Bakının Nəsimi rayonunda dünən silahlı insident olduğu barədə xəbər yazmışdıq. Artıq hadisənin təfərrüatları məlum olub.
ANS TV-nin məlumatına görə, hadisə Nəsimi rayonu Əbilov küçəsi 75 ünvanında, hamının “Kubinka” kimi tanıdığı ərazidə baş verib. 16 kalibrli ov tüfəngi ilə qətlə yetirilən 60 yaşlı Eyvaz Həkimov olub. Qətldə şübhəli bilinən şəxs Həkimova bir dəfə atəş açaraq silahla birlikdə [...]