Pikassonun 3 sevgilisi 67 milyon dollara satıldı

57 Müəllif tural - İyn 23rd, 2011 Kateqoriya CƏMİYYƏT, EYLENCE, MANŞET, ÜMUMİ.

Ötən əsrin ən tanınmış rəssamlarından olan Pablo Pikassonun daha 3 əsəri Londonda hərraca çıxarılıb. Rəssamın Mariya Tereza adlı model sevgilisini çəkdiyi “Yatan qız” adlı rəsm 21,7 milyon dollara alıcı tapıb. Məlumata görə, ötən il adı açıqlanmayan kolleksionerlərdən biri Pablo Pikassonun 1935-ci ildə imzaladığı əsəri Sidey universitetinə bağışlayıb. Lakin o bunun müqabilində əsərin hərraca çıxarılması və əldə ediləcək gəlirlə elmi araşdırmalar aparılması, eləcə də universitetin inkşafına sərf ediləcəyi barədə şərt qoymuşdu. Əsər 1939-cu ildən heç yerdə nümayiş etdirilməmişdi.

Pikassonun növbəti sevgilisi, fransız fotoqraf və rassam olan Dora Maarın əks edildiyi “Mavi paltarda oturan qız” adlı ikinci əsərə 28,9 mln dollar pul ödənilib.

Məşhur rəssamın 1944-53-cü illərdə qadını olan daha bir fransalı rəssam Jilonun “Fransuazanın sinəsi” digərlərindən nisbətən ucuz- 17 mln dollara alıcı tapıb.

Xatırladaq ki. 2010-cu ildə Mariya Terezanın əks edildiyi ” Yaşıl yarparlar və sinənin fonunda çılpaq” əsəri incəsənət nümunələrinin satışı sahəsində rekorda imza atmışdı. Adışəkilən rəsm əsərini adı açıqlamayan kolleksioner 106 milyon dollar ödəyərək əldə edib.

  • Facebook
Bu xəbər 1 dəfə oxundu

Rəy Göndər