Arxivi ‘Sentyabr, 2011’

Ermənilər Qarabağ Fondunun veb səhifəsini dağıdıblar

Ermənilər Qarabağ Fondunun veb səhifəsini dağıdıblar

15 Sentyabrda ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun www.karabakhfoundation.org ünvanında yerləşən veb səhifəsi xaker hücumuna məruz qalıb. Qurumdan ANS PRESS-ə daxil olan məlumata görə, DDOS hücum nəticəsində Fondun saytı tamamilə dağıdılıb. İlkin araşdırma nəticəsində məlum olub ki, haker hücumu Ermənistan ərazisindən həyata keçirilib. Qısa müddət ərzində fondun səhifəsi işini bərpa edib. Yenidən haker hücumu gözlənildiyi üçün [...]

Azərbaycan təhsil nazirinin müavinləri işdən çıxarılıb

Azərbaycan təhsil nazirinin müavinləri işdən çıxarılıb

Azərbaycan təhsil nazirinin müavinləri vəzifələrindən azad ediliblər.Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin APA-ya verdiyi məlumata görə, nazir müavinləri İradə Hüseynova, Elmar Qasımov və İsgəndər İsgəndərov prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunublar.
Nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Qulu Novruzov nazir müavini təyin olunub. Digər iki müavin yeri isə hələlik boşdur.

Qaçaq əsgərlər ələ keçdi

Qaçaq əsgərlər ələ keçdi

Xidməti silahla döyüş bölgəsini tərk etmiş 2 əsgər saxlanılıb. Polis ətraf ərazilərdə, postlarda apardığı yoxlamalar öz nəticəsini verib. Belə ki, 20 yaşlı Vüsal Əlizadə və 20 yaşlı Hüseyn Ramazanov Tərtər rayonu ərazisində saxlanılıb.
Qeyd edək ki, adıçəkilən şəxslər xidmət etdikləri hərbi hissəni bu gecə özbaşına tərk edib.

Xorvatiyada meşə yanğını silah anbarına keçdi, əhali evakuasiya edilir

Xorvatiyada meşə yanğını silah anbarına keçdi, əhali evakuasiya edilir

Xorvatiyanın cənubundakı Knin şəhəri yaxınlığında meşə yanğını köhnə kazarmalardan birinə keçib. Kazarmanın anbarında mərmilər partlamağa başlayıb. Məlumatı Xorvatiyanın Hina agentliyi yayıb.
Dövlət Xilasetmə Jidməti hadisə yerindən 5 klometr radiusda əhalinin evakuasiyasına başlayıb. Təhlükəli ərazidən uzaqlaşdırılanların əksəriyyəti nin şəhərindəki idman mərkəzinin binasında yerləşdirilib. İlkin məlumatlara görə, fövqəladə vəziyyət nəticəsində xəsarət alan olmayıb.

Dünya əhalisinin 3 faizi narkomandır

Dünya əhalisinin 3 faizi narkomandır

Planetin 7 milyardlıq əhalisinin 210 milyon nəfəri narkotikdən istifadə edir. Narkomanların 47 milyonu Latın Amerikası ölkələrində yaşayır. Bunu Ümumdünya Səhiyyət Təşkilatının Meksikadakı nümayəndəliyinin rəhbəri Filipp Lami Mexikoda keçirilən konfransda bəyan edib.
ÜST nümayəndəsinin sözlərinə görə, Meksikada narkomanların sayı 1,2 milyon nəfərə çatıb. İnsanların narkotikdən istifadəyə başladığı orta yaş həddi 12-17-dir. “Son illər narkomanlar QİÇS-ə yoluxma hallarının [...]

Azərbaycan güləşçiləri daha bir olimpiya lisenziyası qazandılar

Azərbaycan güləşçiləri daha bir olimpiya lisenziyası qazandılar

Yunan-Roma güləşi üzrə İstanbulda keçirilən dünya çempionatının ikinci günü Azərbaycan ikinci olimpiya lisenziyasını qazanıbr. Onun sahibi Saman Təhmasibi (84 kiloqram) olub.
İdmançımızın dörddə bir finalda məğlubiyyətinə baxmayaraq, onun olimpiya lisenziyası qazanmaq imkanı yaranıb. Belə ki, Azərbaycan güləşçisinin Belarusdan olan rəqibi Albert Səlimov finala çıxıb.

Türk ordusu İraqa girməyə hazırlaşır

Türk ordusu İraqa girməyə hazırlaşır

Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bəyan edib ki, onun ölkəsinin quru qoşunları İraq ərazisinə daxil olmağa hazırlaşır. Muxbir.com «Reuters»ə istinadən bildirir ki, yekun qərar İraqın rəsmi şəxsləri ilə danışıqların yekunundan sonra veriləсək.
“Yerüstü əməliyyatlar istənilən an başlaya bilər”,- deyə Şahin vurğulayıb və əlavə edib ki, Türkiyə artilleriyası və hərbi hava qüvvələri şimali İraqda PKK [...]