Kateqoriyanın Arxivi ‘HADİSƏ’

Qaçaq əsgərlər ələ keçdi

Qaçaq əsgərlər ələ keçdi

Xidməti silahla döyüş bölgəsini tərk etmiş 2 əsgər saxlanılıb. Polis ətraf ərazilərdə, postlarda apardığı yoxlamalar öz nəticəsini verib. Belə ki, 20 yaşlı Vüsal Əlizadə və 20 yaşlı Hüseyn Ramazanov Tərtər rayonu ərazisində saxlanılıb.
Qeyd edək ki, adıçəkilən şəxslər xidmət etdikləri hərbi hissəni bu gecə özbaşına tərk edib.

Bakıda qız qaçırılıb

Bakıda qız qaçırılıb

Nərimanov rayonu ərazisində “Gənclik” metrosunun yaxınlığında Astara rayon Ərcivan kənd sakini Samirə Ziyad qızı Bədəlova qaçırılıb. Bu barədə ANS PRESS-ə qaçırılan qızın yaxınları məlumat veriblər. Onlar Samirə Bədəlovanın zorla qaçırıldığını iddia edirlər. Valideynlər övladlarının geri qaytarmasını tələbi ilə polisə müraciət etsələrdə, onlara kömək edilmədiyini bildiriblər.
Nərimanov rayonu 16-cı polis bölməsinin rəis müavini polis mayoru Rəhman İsmayılov [...]

Bakıda kişi meyiti tapılıb

Bakıda kişi meyiti tapılıb

Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində naməlum kişi meyiti tapılıb. Meyiti qəsəbə sakinləri aşkar ediblər. Təqribən 30-35 yaşlarında olan naməlum kişi meyiti qəsəbədəki “köhnə dairə” adlanan ərazidən tapılıb.
Xəzər rayonu 2-ci Polis Bölməsinin nöbətçi hissəsindən ANS PRESS-ə verilən məlumata görə, meyit saat 10:00 radələrində tapılıb və sakinlərin məlumatına əsasən polis əməkdaşları hadisə yerinə gedib. Meyit tibbi ekspertiza [...]

Goranboyda xuliqanlıq etmiş şəxs tutulub

Goranboyda xuliqanlıq etmiş şəxs tutulub

Goranboy rayonunda xuliqanlıq etmiş şəxs tutulub. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatında bildirilir.
Məlumata əsasən, 1 iyul 2011-ci il tarixdə saat 11 radələrində Goranboy rayon sakini Rəhman Qasımov idarə etdiyi “BMW” markalı avtomaşınla Goranboy rayon İcra Hakimiyyətinin qarşısına gələrək, içtimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşların üzərində zor tətbiq olunması [...]

Bank rəhbəri ağır yol qəzasına düşdü, 4 nəfər öldü

Bank rəhbəri ağır yol qəzasına düşdü, 4 nəfər öldü

Qax rayonu ərazisində ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, iyulun 1-də gecə saatlarında Cəlairli kəndi ərazisində baş verən qəzada 4 nəfər ölüb.
Yol qəzasında “Lexus” və “VAZ-2106” markalı avtomobillər toqquşub. “Lexus” markalı maşın “Dəmirbank”ın Zaqatala rayon filialının rəhbəri 35 yaşlı Aqil Nəsirova məxsus olub. Qəza zamanı Aqil Nəsirov, onun sürücüsü Mustafa [...]

Nərimanov rayonunda avtomobil işıq dirəyinə çırpıldı

Nərimanov rayonunda avtomobil işıq dirəyinə çırpıldı

Ötən gecə Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib. Samir Mustafayevin Əzizbəyov dairəsi istiqamətində idarə etdiyi “Mercedes” Ziya Bünyadov prospektində sürücünün idarəetməni itirməsi ilə iki hərəkət zolağının ortasındakı işıq dirəyinə çırpılıb. Zərbədən işıq dirəyi yerindən çıxıb və aşmış avtomaşına dolanıb.
Qəzada sürücü Samir Mustafayev yüngül xəsarət alıb. Ona hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım [...]

Əfqanıstanda avtobus partladıldı: 20 ölü

Əfqanıstanda avtobus partladıldı: 20 ölü

Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətində avtobusun hərəkət yolunda əldəqayırma partayıcı qurğu işə salınıb. “France Presse”nin məlumatına görə, hadisə nəticəsində 20 nəfər həlak olub.
Xatırladaq ki, Əfqanıstan hökumətinin nümayəndəsi Əşrəf Qəni Əhməd ötən gün bəyan etmişdi ki, ölkənin hüquq-mühafizə orqanları təhlükəsizilyin təmin edilməsinə nəzarəti ələ almağa tam hazırdırlar.
ABŞ prezidenti Barak Obama isə çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirmişdi [...]

“Saxla” əmrinə tabe olmayan “Mercedes” polis maşınını əzdi

“Saxla” əmrinə tabe olmayan “Mercedes” polis maşınını əzdi

Yol patrul xidmətinin əməkdaşları xoşagəlməz halla üzləşib
İyunun 29-da Bakı şəhəri Binəqədi rayonunda Yol Patrul Xidmətinin əməkdaşları xoşagəlməz vəziyyətlə üzləşiblər.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyimiz məlumata görə, yol polisi əməkdaşları yol hərəkət qaydalarını kobud şəkildə pozan paytaxt sakini Vilayət Nağıyevin idarə etdiyi “Mercedes”i saxlamaq istəyiblər. Lakin sürücü polisin qanuni tələbinə məhəl qoymayıb və ötərək keçmək [...]

AĞSTAFADA DAĞ YANIB

AĞSTAFADA DAĞ YANIB

Fövqəladə Hallar Nazirliyinin saytında yaydığı məlumata görə, hadisə Ağstafa rayonu, Böyük Kəsik kəndində dağlıq ərazidə qeydə alınıb. Baş vermiş yanğın nəticəsində 10 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı tam alınıb.

Bakının mərkəzində baba nəvəsinin gözü qarşısında güllələndi (Yenilənib)

Bakının mərkəzində baba nəvəsinin gözü qarşısında güllələndi (Yenilənib)

Bakının Nəsimi rayonunda dünən silahlı insident olduğu barədə xəbər yazmışdıq. Artıq hadisənin təfərrüatları məlum olub.
ANS TV-nin məlumatına görə, hadisə Nəsimi rayonu Əbilov küçəsi 75 ünvanında, hamının “Kubinka” kimi tanıdığı ərazidə baş verib. 16 kalibrli ov tüfəngi ilə qətlə yetirilən 60 yaşlı Eyvaz Həkimov olub. Qətldə şübhəli bilinən şəxs Həkimova bir dəfə atəş açaraq silahla birlikdə [...]