Kateqoriyanın Arxivi ‘İDMAN’

Azərbaycan güləşçiləri daha bir olimpiya lisenziyası qazandılar

Azərbaycan güləşçiləri daha bir olimpiya lisenziyası qazandılar

Yunan-Roma güləşi üzrə İstanbulda keçirilən dünya çempionatının ikinci günü Azərbaycan ikinci olimpiya lisenziyasını qazanıbr. Onun sahibi Saman Təhmasibi (84 kiloqram) olub.
İdmançımızın dörddə bir finalda məğlubiyyətinə baxmayaraq, onun olimpiya lisenziyası qazanmaq imkanı yaranıb. Belə ki, Azərbaycan güləşçisinin Belarusdan olan rəqibi Albert Səlimov finala çıxıb.

Müsəlman idmançı qadınlara şad xəbər

Müsəlman idmançı qadınlara şad xəbər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası müsəlman qadınlara yarışlarda başıbağlı çıxış etməyə icazə verib. Bu barədə qərar Federasiyanın Malayziyada keçirilən iclasında verilib.
Qeyd edək ki, ABŞ- ın Corciya ştatından əslən pakistanlı ağırlıqqaldıran idmançı Gülsüm Abdulla ötən ilin dekabrında ağırlıqqaldırma üzrə ölkə kubokunda hicabda iştirak etmək istəsə də, Ağır Atletika Federasiyası icazə verməmişdi. Bundan sonra isə idmançı xanım bu qadağanın [...]

Türkiyə futbol dünyasında kütləvi həbs

Türkiyə futbol dünyasında kütləvi həbs

Türkiyənin futbol ictimaiyyəti bir-birinə dəyib. Hüquq-mühafizə orqanları son mövsümdə çempionluğunu elan etmiş İstanbulun məşhur “Fənərbaxça” futbol klubunun son iki oyunu ilə bağlı araşdırmalara başlayıb. Həmin oyunlar Türkiyə futbol çempionatının 28-ci həftəsində oynanılan “Fənərbaxça” – “Əskişəhərspor” və “Fənərbaxça”nın çempionluğunu elan etdiyi “Fənərbaxça”-“Sivasspor” oyunlarıdır.
Türkiyə polisi bu oyunların klub rəhbərləri tərəfindən əvvəlcə razılaşdırıldığını və bu məsələdə futbolçulardan istifadə [...]

“Fenerbahçe” ilk açıqlamasını verdi

“Fenerbahçe” ilk açıqlamasını verdi

Məlum olduğu kimi bu gün səhər saatlarından Türkiyənin bir sıra futbol komandalarının üzvləri, rəhbərləri, bir sıra tanınmış futbolçular həbs edilib. Son futbol mövsümündə çempionluğunu pulla alması iddia edilən məşhur “Fenerbahçe” idman klubu artıq baş verən məsələ ilə bağlı rəmsi internet səhifəsində açıqlama yerləşdirib.
İdman klubunun saytında yerləşdirilən açıqlamada bildirilir ki, bu gün səhər saatlarında İstanbul polisininin [...]

HƏMYERLİMİZ AVROPA ÇEMPİONU OLDU

HƏMYERLİMİZ AVROPA ÇEMPİONU OLDU

Çexiyanın paytaxtı Praqada pauerliftinqin WPC versiyası üzrə gənclər və böyüklər arasında Avropa çempionatı start götürüb. Yarışa 3 idmançı ilə yollanan yığma komandamız artıq medal hesabını açıb. 90 kq çəki dərəcəsində çıxış edən Hafiz Verdiyev ştanqı çiyində qaldırmada 310, yerdən dartmada 310, sinədən qaldırmada isə 212,5 kq nəticə göstərib və yekunda 832,5 kq göstərici ilə bütün [...]

Yığmamız Almaniya klubuna məğlub oldu

Yığmamız Almaniya klubuna məğlub oldu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə bu gün ilk oyununu keçirib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, yığmamız Almaniyanın “Berlin Seleksiya Region” U-16 komandası ilə qarşılaşıb.
Oyun 2:1 hesabı ilə almaniyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində yeganə qolu Elnur Cəfərov vurub.

Dünyanın iki ən güclü boksçusu üz-üzə gəlir

Dünyanın iki ən güclü boksçusu üz-üzə gəlir

Bu gün dünya boksunun iki ən güclü üzvü ən güclünü müəyyənləşdirmək üçün döyüşə çıxır.“Sport-Express” qəzetinə istinadən verdiyimiz məlumata görə, İBF və WBO versiyaları üzrə dünya çempionu ukraynalı Vladomir Kliçko WBA versiyası üzrə kəmərin sahibi ingilis Devid Heylə münasibətlərinə aydınlıq gətirəcək.
Qalib boksçu hər üç kəmərin belinə taxacaq. Göründüyü kimi bu döyüşün qiyməti çox böyükdür. Görüş Almaniyanın [...]

Gürcülər İrəvanda ermənilərə qan uddurdu

Gürcülər İrəvanda ermənilərə qan uddurdu

Azərbaycanla qonşu olan respublikaların təmsilçiləri də Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulub. Maraqlı görüşlərdən biri İrəvanda oynanılıb. Belə ki, Ermənistan paytaxtında “Banants” klubu Gürcüstanın Rustavi şəhərini təmsil edən “Olimpi”ni qəbul edib. Qarşılaşmada yeganə qol ikinci hissədə vurulub. 48-ci dəqiqədə V.Kobaliya “Olimpi” klubunun qələbə qolunu vurub.
Lakin bu qola Kobaliya çox sevinməyib. Belə ki, vurulan qoldan [...]

“Qarabağ”ın Avropa zəfəri başladı

“Qarabağ”ın Avropa zəfəri başladı

Bəlli olduğu kimi, bu gün Avropa Liqasında 2011-2012 mövsümünə start verilib. AZAL kimi “Qarabağ” da I təsnifat mərhələsindən mübarizəyə qoşulub. Qurban Qurbanovun yetirmələri səfərdə “Banqa” ilə üz-üzə gəlib. Litvanın Qarqjday şəhərində keçirilən oyunda azərbaycanlı futbolçular möhtəşəm oyun sərgiləyib.
Matçın birinci hissəsində “Qarabağ” iki dəfə sevinib. 16-cı dəqiqədə Rəşad Sadiqov hesabı açıb. Bu qoldan sonra futbolçularımız daha [...]

AZAL Bakıda istədiyi nəticəni əldə edə bilmədi

AZAL Bakıda istədiyi nəticəni əldə edə bilmədi

Bu gün Avropa Liqasında 2011-2012 mövsümünə start verilib. Qitənin ikinci dərəcəli klub turnirində I təsnifat mərhələsinin ilk oyunları keçirilir.
AZAL Bakıda “Minsk”i qəbul edib. Nazim Süleymanovun rəhbərlik etdiyi komanda Şüvəlan stadionunda rəqibin müqavimətini qıra bilməyib. Oyunun 11-ci dəqiqəsində qonaqlar fərqlənib. Voronkov vurduğu qolla “Minsk”i irəli çıxarıb. Lakin qonaqların sevinci çox çəkməyib. 14-cü dəqiqədə İbekoyi künc zərbəsindən [...]