Kateqoriyanın Arxivi ‘Azərbaycan’

Azərbaycan təhsil nazirinin müavinləri işdən çıxarılıb

Azərbaycan təhsil nazirinin müavinləri işdən çıxarılıb

Azərbaycan təhsil nazirinin müavinləri vəzifələrindən azad ediliblər.Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin APA-ya verdiyi məlumata görə, nazir müavinləri İradə Hüseynova, Elmar Qasımov və İsgəndər İsgəndərov prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunublar.
Nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Qulu Novruzov nazir müavini təyin olunub. Digər iki müavin yeri isə hələlik boşdur.

“Məzəli hadisə”

“Məzəli hadisə”

Bakı Uşaq Teatrı 5 iyulda yeni səhnələşdirdikləri tamaşasının ictimai baxışını keçirəcək. Teatrdan ANS PRESS-ə verilən məlumata görə, “Məzəli hadisə” adlanan tamaşa məşhur yazıçı K.Qaldonin pyesi əsasında hazırlanıb. Tamaşanın rejissoru respublikanın xalq artisti Ağaxan Salmanlıdır.
“Məzəli hadisə” 2 hissəlidir. Komediya janrındadır. Hadisələr Hollandiyanın Haaqa şəhərində baş verir. Böyüklər üçün nəzərdə tutulan tamaşa fransız zabitinin Hollandiya tacirinin qızına [...]

Ramil Usubov: “Cari ildə 71 əməkdaş xidmətdən xaric edilib”

Ramil Usubov: “Cari ildə 71 əməkdaş xidmətdən xaric edilib”

“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya”ya uyğun olaraq müvafiq istiqamətdə tədbirlər hər il üzrə ayrıca hazırlanan xüsusi plan əsasında həyata keçirilir. Adı çəkilən sənədin icra olunduğu dövrdə 137 mindən çox müraciət daxil olub. Aparılmış araşdırmalarla təkcə cari ildə 26 fakt üzrə 71 əməkdaş xidmətdən xaric edilib”. Bunu “Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər [...]

SAM Azərbaycanda ilk dəfə canlı Twitter konfrans keçirəcək

SAM Azərbaycanda ilk dəfə canlı Twitter konfrans keçirəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) 4 iyul 2011-ci il tarixində saat 11.00-da “Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda dəyirmi masa keçiriləcək. SAM-da aldığımız məlumata görə, tədbir Azərbaycanda ilk dəfə canlı Twitter konfrans formatında aparılacaq.
Tədbir müddətində ənənəvi və yeni media sahəsində çalışan təcrübəli ekspertlərin, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələrinin fikirləri [...]

Ramil Usubov: “Avtomobillərə texniki baxış prosedurları sadələşdiriləcək”

Ramil Usubov: “Avtomobillərə texniki baxış prosedurları sadələşdiriləcək”

Azərbaycanda nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Bunu “Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.
Nazirin sözlərinə görə, nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi prosedurlarının sadələşdirilərək ən yeni texnologiyalar əsasında, qısa müddətdə təşkili, bu məqsədlə növbələrin elektron idarəetmə sisteminin tətbiqi nəzərdə tutulur.
Ramil Usubovun sözlərinə görə, dövlət yol polisi tərəfindən nəqliyyat [...]

Azərbaycan “Eurovision”a hazırdırmı?

Azərbaycan “Eurovision”a hazırdırmı?

Azərbaycanın bu il ev sahibliyi edəcəyi “Eurovision” mahnı müsabiqəsi ilə bağlı apardığı işlər Avropa Yayım Birliyi tərəfindən ciddi nəzarətdə saxlanılır. Avropalıları narahat edən məsələlərdən biri də ölkənin internet resusları ilə bağlı vəziyyətdir. “Eurovision-2012” müsabiqəsi ilə bağlı Cenevrədə Avropa Yayım Birliyi ilə İctimai Televiziya arasında keçirilən ilk görüşdə bir sıra məsələlər, o cümlədən müsabiqə üçün Bakıya [...]

HƏRBİ PROKURORLUQDA HƏBS

HƏRBİ PROKURORLUQDA HƏBS

Azərbaycanda daha iki hərbi komissarlıqda yoxlamalara başlanıb.Respublika Hərbi Prokurorluğu Gəncə şəhəri Kəpəz və Nizami rayonlarının Hərbi Komissarlıqlarında yoxlamalar aparır.
Yoxlamalar zamanı hər iki komissarlıqda korrupsiya faktları aşkar edilib.
Nizami Rayon Hərbi Komissarlığından yoxlamaların aparılması faktını təsdiqləyiblər. Bildirilib ki, aparılan yoxlamalar zamanı komissarlıqda aşkar edilmiş korrupsiya faktı ilə əlaqədar bir nəfər həbs edilib. Tutulan şəxs komissarlığın 2-ci şöbəsinin [...]

İyulda hava normadan artıq isti olacaq

İyulda hava normadan artıq isti olacaq

İyulda havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı, yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacaq. Birinci ongünlükdə tez-tez şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28° [...]

Sabahdan pensiyalar artacaq

Sabahdan pensiyalar artacaq

Ötən il yanvarın 1-dək pensiyaya çıxan şəxslərin pensiya məbləğini orta hesabla 40 faiz artırmağı nəzərdə tutan “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər sabahdan qüvvəyə minəcək. Aldığımız məlumata görə, dəyişikliklərə əsasən 2006-cı il yanvarın 1-dək pensiya təyin olunmuş şəxslərin pensiyaları iş stajına uyğun olaraq hesablanacaq. Artım təxminən 1 milyona yaxın pensiyaçını əhatə edəcək və orta hesabla 40 [...]

“Eurovision-2012″də ermənistanlı iştirakçılar üçün bərabər şərait yaradılacaq”

“Eurovision-2012″də ermənistanlı iştirakçılar üçün bərabər şərait yaradılacaq”

Azərbaycan növbəti ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində Ermənistan da daxil olmaqla bütün ölkələrin nümayəndə heyətləri üçün lazımi şərait yaratmağa hazırdır.
“Ermənistan nümayəndələri müsabiqədə iştirak etmək üçün digər ölkələrin iştirakçıları ilə bərabər hüquqlara malikdirlər, burada heç bir problem yoxdur”, – deyə Mədəniyyət və Turizm Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
“Müsabiqənin şərtlərinə uyğun olaraq Azərbaycan Bakıda keçiriləcək “Eurovision-2012”-nin bütün [...]