Kateqoriyanın Arxivi ‘Dünya’

Xorvatiyada meşə yanğını silah anbarına keçdi, əhali evakuasiya edilir

Xorvatiyada meşə yanğını silah anbarına keçdi, əhali evakuasiya edilir

Xorvatiyanın cənubundakı Knin şəhəri yaxınlığında meşə yanğını köhnə kazarmalardan birinə keçib. Kazarmanın anbarında mərmilər partlamağa başlayıb. Məlumatı Xorvatiyanın Hina agentliyi yayıb.
Dövlət Xilasetmə Jidməti hadisə yerindən 5 klometr radiusda əhalinin evakuasiyasına başlayıb. Təhlükəli ərazidən uzaqlaşdırılanların əksəriyyəti nin şəhərindəki idman mərkəzinin binasında yerləşdirilib. İlkin məlumatlara görə, fövqəladə vəziyyət nəticəsində xəsarət alan olmayıb.

Dünya əhalisinin 3 faizi narkomandır

Dünya əhalisinin 3 faizi narkomandır

Planetin 7 milyardlıq əhalisinin 210 milyon nəfəri narkotikdən istifadə edir. Narkomanların 47 milyonu Latın Amerikası ölkələrində yaşayır. Bunu Ümumdünya Səhiyyət Təşkilatının Meksikadakı nümayəndəliyinin rəhbəri Filipp Lami Mexikoda keçirilən konfransda bəyan edib.
ÜST nümayəndəsinin sözlərinə görə, Meksikada narkomanların sayı 1,2 milyon nəfərə çatıb. İnsanların narkotikdən istifadəyə başladığı orta yaş həddi 12-17-dir. “Son illər narkomanlar QİÇS-ə yoluxma hallarının [...]

Türk ordusu İraqa girməyə hazırlaşır

Türk ordusu İraqa girməyə hazırlaşır

Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bəyan edib ki, onun ölkəsinin quru qoşunları İraq ərazisinə daxil olmağa hazırlaşır. Muxbir.com «Reuters»ə istinadən bildirir ki, yekun qərar İraqın rəsmi şəxsləri ilə danışıqların yekunundan sonra veriləсək.
“Yerüstü əməliyyatlar istənilən an başlaya bilər”,- deyə Şahin vurğulayıb və əlavə edib ki, Türkiyə artilleriyası və hərbi hava qüvvələri şimali İraqda PKK [...]

10-cu mərtəbədən yıxılan 2 yaşlı körpə sağ qaldı

10-cu mərtəbədən yıxılan 2 yaşlı körpə sağ qaldı

Çində hündürmərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılan 2 yaşlı qız uşağı sağ qalıb. Körpənin sağ qalması xoşbəxtlikdən həmin yerdə olan qonşu qadının cəldliyi və cəsarəti sayəsində mümkün olub. İnternetdə və kütləvi informasiya vasitələrində marağa səbəb olan bu hadisə Çinin şərqindəki Xançjou şəhərində baş verib.
Şahidlərin sözlərinə görə, evdə nəzarətsiz qalmış körpə pəncərəyə çıxaraq bir neçə dəqiqə binanın [...]

Ayda olan astronavt oğurluqda ittiham olunur

Ayda olan astronavt oğurluqda ittiham olunur

NASA keçmiş əməkdaşı, 1971-ci ildə “Apollon-14” ekspedisiyasının tərkibində Ayda olmuş astronavt Edqar Mitçelldən məhkəməyə şikayət edib. İddiaçı bildirib ki, Edqar Mitçell əfsanəvi uçuş zamanı videokameralardan birinin qanunsuz mənimsəyib və Londondakı “Bonhams” auksionunda satmağa cəhd edib.
İddia ərizəsi Cənubi Floridanın dairə məhkəməsinə təqdim edilib. NASA kameranın satışına qadağa qoyulmasını, kosmik cihazın geri qaytarılmasını və onun üzərində eksklüziv [...]

DED HASAN DAHA BİR GÜRCÜYƏ «OĞRU» ADI VERDİ

DED HASAN DAHA BİR GÜRCÜYƏ «OĞRU» ADI VERDİ

Orada postsovet məkanının ən nüfuzlu «qanuni oğru»su Ded Hasanın (Aslan Usoyan) adından gürcü Bondo Qvaramiyaya «oğru» adı verilib. «Matsi» ləqəbilə tanınan Qvaramiyanın «inauqurasiya»sına oxşar mərasimin son dəfə bir neçə il əvvəl baş tutduğu bildirilir.

Fransa prezidentinə hücum edən şəxs cəzalandırıldı

Fransa prezidentinə hücum edən şəxs cəzalandırıldı

Fransa prezidenti Nikolya Sarkoziyə hücum edən fransız Erman Fyuster 6 aylıq şərti həbs cəzasına məhkum edilib. İstintaqın açıqlamasına görə hücum edən şəxs Nikolya Sarkoziyə Liviyadakı hərbi əməliyyatlara və Fransanın bu münaqişədə mövqeyinə qarşı etirazını ifadə etmək istəyirmiş.
Xatırladaq ki, insident Nikolya Sarkozinin Fransanın cənub-qərbindəki Braks şəhərinə səfəri zamanı baş vermişdi.

Honkonqda etiraz aksiyasında 200 nəfər həbs olunub

Honkonqda etiraz aksiyasında 200 nəfər həbs olunub

Honkonqda siyasi dəyişikliyə və mülklərin qiymətinin artırılmasına etiraz olaraq keçirilən icazəsiz aksiyanın 200-dək iştirakçısı həbs olunub. Onlar icazəsiz aksiya keçirirərək nəqliyyatın hərəkətinə maneələr yaratmaqda ittiham olunur. Təşkilatçıların sözlərinə görə Honkonqun Çinə qaytarılmasının 14-cü ildönümündə keçirilən aksiyada 200 mindən çox adam iştitak edib.
Xatırladaq ki, 1842-ci ildə Böyük Britaniya tərəfindən tutulan Honkonq 1997-ci ilədək onun müstəmləkəsi qalıb. [...]

Əfqanıstanın cənubunda güclü partlayış baş verib

Əfqanıstanın cənubunda güclü partlayış baş verib

Əfqanıstanın cənubundakı Zabul əyalətində partlayış baş verib. Mikroavtobusun keçdiyi yolda quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 11 nəfər ölüb. Bir ailənin üzvləri olan ölənlərdən dördü qadın, ikisi uşaqdır. Onlar Pakistandan Əfqanıstanın Qəzni əyalətinə geri qayıdırlarmış. Araşdırma aparılır.

Şvartsneqqerin arvadı boşanmaq üçün ərizə verib

Şvartsneqqerin arvadı boşanmaq üçün ərizə verib

ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru və kino ulduz Arnold Şvartsneqqerin arvadı Mariya Şrayver boşanmaq üçün ərizə verib. Mariya Şrayverin təqdim etdiyi müvafiq sənəd Los Anceles Ali Məhkəməsinə göndərilib. 25 illik ailə həyatının parçalanmasının səbəbi isə «barışmaz təzad» adlandırılıb.
Mariya Şrayver uşaqların tərbiyəsində keçmiş əri ilə bərabər hüquqların verilməsini xahiş edib. Maliyyə tələbləri barədə məlumat yoxdur.
ABŞ-ın keçmiş [...]